Əlaqə Arxiv
news Image
2018.06.20
13:35
| A A A
Yığma Astarada hazırlıq keçəcək

Kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının növbəti təlim-məşq toplanışı keçiriləcək. Movqe.az goal.az-a istinadən xəbər verir ki, bu gün Astarada start götürəcək hazırlıqlar Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədi daşıyır. Orda məşqlər iyulun 5-dək davam edəcək. Yığmamızın baş məşqçisi Fərid Cəlalov təlim-məşq toplanışına 17 oyunçu cəlb edib. Bunlar Vüqar Bayramov, Tural Həsənli, Cavid Süleymanov, Aqil Əlizadə, Vadim Kutukov, Elmin Alışanov, Emil Abdullayev, Rəsul İbrahimov, Pərviz Səmədov, Dmitri Obodnikov,  Asif Əliyev, Aleksey Çervyakov, İvan Kazaçkov, Dmitri Baranov, Kənan Allahverdiyev, Andrey Vasilenko və Yaroslav Rudixdır.

Millimiz Avropa çempionatının seçmə mərhələsinin G qrupunda Yunanıstan, İsveç və Lüksemburqla oynayacaq.

Sizin Reklam Yeriniz