Əlaqə Arxiv
news Image
2018.06.22
11:34
| A A A
Qarabağ-ın qapı xəttinə daha bir namizədi

İbrahim Şeçinlə yolları ayrılan Qarabağ-ın maraq dairəsində olan daha bir qapıçının adı müəyyənləşib. Movqe.az goal.az-a istinadən xəbər verir ki, söhbət şotlandiyalı Con Maklaflindən gedir. 31 yaşlı qolkiperə 2 illik müqavilə təklif olunub. Azərbaycan təmsilçisinin irəli sürdüyü şərtlərin əlverişli olduğu bildirilir.

Maklaflinin son klubu ötən mövsüm 33 dəfə meydana çıxdığı Harts olub. O, əvvəllər İngiltərə klublarında, o cümlədən, Bradford və Burton-da da çıxış edib. Təcrübəli oyunçu bu ildən Şotlandiya millisinə dəvət almağa başlayıb və iyunun 2-də Meksikaya 0:1 hesabı ilə uduzduqları yoldaşlıq görüşündə debüt edib. Daha əvvəl Qarabağ-ın İtaliyanın Pescara klubunun qapıçısı Vinçenzo Fiorillonu heyətinə qatmaq istədiyinə dair xəbərlər yayılıb. 

Sizin Reklam Yeriniz