Əlaqə Arxiv
news Image
2018.06.22
12:35
| A A A
Progres-in idman direktoru: "Qəbələ ilə düşəcəyimizi hiss etmişdim"
Avropa Liqasında Qəbələ-nin rəqibi Lüksemburq təmsilçisi Progres oldu. Movqe.az goal.az-a istinadən xəbər verir ki, klubun idman direktoru Tomas Gilgeman yerli mətbuata açıqlamasında püşk barədə fikirlərini bölüşüb.
"Ötən mövsüm Rangers-i keçəndən sonra populyarlaşmışıq. Düzü, bu mövsüm Qəbələ ilə düşəcəyimizi hiss etmişdim. Azərbaycana uzun səfər üçün hər şeyi təşkil edəcəyik. Səyahət agentlikləri ilə əlaqə saxlamışıq və hər şey tez bir zamanda yüksək səviyyədə həll olunacaq. Qəbələ haqqında məlumat toplamaq üçün çox araşdırma aparmağa ehtiyac yoxdur. Çünki rəqibimiz son illər iki dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edib. Onlar Borussia (Dortmund), Krasnodar, PAOK, Anderlecht, Mainz, Saint-Etienne kimi komandalarla qarşılaşıblar. Bizim üçün çox çətin olacaq. Hər halda biz hələ də autsayderik. Ötən il Rangers və AEL-lə görüşlərdə olduğu kimi. Püşkatmada səpələnmişlərin sırasına düşmək üçün hələ çox xallar toplamalıyıq” - Gilgeman deyib.
Sizin Reklam Yeriniz