Əlaqə Arxiv
news Image
2018.06.27
14:45
| A A A
Qarabağ-ın növbəti yoxlama oyununun vaxtı açıqlanıb
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın daha bir yoxlama matçının vaxtı müəyyənləşib. Movqe.az goal.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası sonuncu sınaq matçında Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə üz-üzə gələcək.
İyulun 4-də Avstriyanın Şvats şəhərində baş tutacaq bu görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bu barədə Kiyev klubunun rəsmi saytı məlumat yayıb.
“Qarabağ” “Dinamo”dan öncə iyunun 30-da Suriya yığması ilə də qarşılaşacaq. Ağdam klubu daha öncə Bolqarıstanın “Ludoqorets” (1:1) və Avstriyanın “Vakker İnsbruk” (0:0) komandaları ilə yoxlama oyunu keçirib.
Sizin Reklam Yeriniz