Əlaqə Arxiv
news Image
2018.06.27
15:36
| A A A
Güləşçilər reytinq xarakterli turnirlərə hazırlaşır

Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn reytinq xarakterli beynəlxalq turnirlərə hazırlıqları davam etdirir. Movqe.az goal.az-a istinadən xəbər verir ki, sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığmasının üzvləri üzvləri iyunun 24-dən etibarən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır.
 
Yığma komandanın baş məşqçisi Firdovsi Umudovun rəhbərlik etdiyi məşqçilər korpusu toplanışa yığmanın üzvü olan 22 idmançını cəlb edib. 7 iyula qədər davam edəcək ümumi və xüsusi fiziki hazırlıq üzrə təlim-məşq toplanışından sonra yığma üzvləri Olimpiya Güləş Mərkəzində hazırlıqları davam etdirəcək və 27-29 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək Yaşar Doğunun xatirəsinə həsr olunan reytinq xarakterli beynəlxalq turnirdə iştirak edəcək. 
Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirən yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandanın üzvləri isə iyulun 2-dən etibarən Türkiyəyə yollanacaq. Baş məşqçi Şaban Donatın rəhbərlik etdiyi məşqçilər korpusu bu ölkənin yığma komandası ilə birgə təlim-məşq toplanışına qatılacaq heyətə əsas yığma ilə yanaşı, gənclərdən ibarət komandanın üzvlərindən də bir neçəsini cəlb edib. Ümumilikdə 16 yunan-Roma güləşçisi qonşu ölkədə hazırlıq keçəcək. Təlim-məşq toplanışı başa çatdıqdan sonra yığma üzvləri 20-22 iyul tarixlərində İstanbulda keçiriləcək Vehbi Emrenin xatirəsinə həsr olunan reytinq xarakterli beynəlxalq turnirdə qüvvələrini sınayacaq. 

Sizin Reklam Yeriniz