Əlaqə Arxiv
news Image
2018.06.29
15:25
| A A A
Galatasaray ilk yay transferini reallaşdırıb

Son Türkiyə çempionu Galatasaray bu yay ilk transferini rəsmiləşdirib. Movqe.az goal.az-a istinadən xəbər verir ki, İstanbul klubu son mövsümü Akhisarspor-da keçirmiş Muğdat Çeliki transfer edib. 28 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

O, qarşıdakı mövsümdə  Galatasaray-da 20 Super Liqa və avrokubok matçında start heyətdə oynamaq şansı qazansa, müqaviləsinin müddəti avtomatik uzadılacaq. Eyni şərtlər 2019/20 mövsümündə də keçərli olacaq. Çelik yenə 20-dən çox rəsmi oyunda start heyətdə meydanda olsa, müqaviləsinin müddəti 2021-ci ilin yayınadək artırlacaq.

Sizin Reklam Yeriniz