Əlaqə Arxiv
news Image
2018.08.01
22:45
| A A A
Qarabağ növbəti mərhələyə yüksəldi
 
Qarabağ UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində Albaniyanın Kukesi klubunu qəbul edib.
 
Movqe.az Goal.az-a istinadla xəbər verir ki, səfərdə qolsuz heç-heçə edən Ağdam klubu doğma meydanda qələbə qazanıb. Qonaqların qapısına təyin olunan 3 penaltidən 2-si qolla nəticələnib. Dani Kintana 24 və 57-ci dəqiqədə penaltidən fərqlənib. 89-cu dəqiqədə ikinci hissədə meydana daxil olan Dzon Delarge hesabı 3-0 edib. Oyun bu hesabla yekunlaşıb.
 
Qarabağ növbəti mərhələdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq. 
 
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
1 avqust
 
Qarabağ - Kukesi 2:0
Qollar: Dani Kintana 24, 57 (hər ikisi penalti), Dzon Delarge 89
Sizin Reklam Yeriniz