Betis 28 yaşlı müdafiəçi transfer edib
Betis” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Movqe.az Goal.az-a istinadla xəbər verir ki, La Liqa təmsilçisi “Deportivo”nun müdafiəçisi Sidneyi transfer edib. Bu barədə klubun rəsmi saytı xəbər verib. 28 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Əndəlus klubu braziliyalı futbolçu üçün klubuna 5 milyon avro ödəyəcək.
Sidney karyerası ərzində "İnternasional", “Benfika”, “Beşiktaş”, “Espanyol” və “Deportivo” klublarında forma geyinib.