Əlaqə Arxiv
news Image
2018.10.01
13:51
| A A A
Premyer Liqada mövsümün rekordu

Futbol üzrə Topaz Premyer Liqasında 2018/2019 mövsümünün yeni azarkeş rekordu müəyyənləşdirilib. 

Movqe.az-ın goal.az-a istinadən xəbər verir ki, VI turun “Sabah” – “Qarabağ” qarşılaşmasında 4500 tamaşaçı qeydə alınıb. “Əlincə Arena”dakı göstərici cari mövsümün arxada qalan 6 turu üçün mütləq rekorddur. Bunadək ən çox tamaşaçı III turun “Qarabağ” – “Neftçi” matçında qeydə alınıb. “Azərsun Arena”dakı görüşü 3000 azarkeş izləyib.

VI turun ümumi tamaşaçı sayı da rekordla diqqət çəkib. Dörd qarşılaşmanı ümumilikdə 6900 tamaşaçı izləyib. Bu da əvvəlki 5 turla müqayisədə ən yüksək göstəricidir.

Qeyd edək ki, "Neftçi" ilə matçda 1:1 hesablı heç-heçə edən "Qarabağ" "Sabah"la görüşdə qələbə qazanıb - 2:0. 

Sizin Reklam Yeriniz