Əlaqə Arxiv
news Image
2018.10.08
13:38
| A A A
Ermənistan yığmasının yeni baş məşqçi

Futbol üzrə Ermənistan yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsinin qərarı ilə bu vəzifəyə Armen Gülbudaqyants təyin olunub.

Son iş yeri "Pünik" olan 52 yaşlı mütəxəssis daha əvvəl ölkəsində "Alaşkert", "İmpuls" və "Banants"a rəhbərlik edib. O, Ermənistanın U-19 və U-21 yığmalarının da baş məşqçisi olub.

Qeyd edək ki, ötən ay Ermənistan Futbol Federasiyasında keçirilmiş prezident seçkisi ərəfəsində Vardan Minasyan baş məşqçi postundan istefa verib. UEFA Millətlər Liqasında D Liqasının IV qrupunda yer alan Ermənistan yığması iki turdan sonra 3 xalla 2-ci sıradadır

Sizin Reklam Yeriniz