Əlaqə Arxiv
news Image
2018.10.09
12:30
| A A A
"Kopa Trophy-2018"ə namizədlər açıqlandı

"France Football" jurnalı ilin ən yaxşı gənc futbolçusu üçün nəzərdə tutulmuş "Kopa Trophy-2018" mükafatına ("Qızıl top") namizədlərin adlarını açıqlayıb.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, Fransa nəşri bu mükafatı ilk dəfə təsis edib.

Namizədlərin siyahısı belədir:

1. Müdafiəçi Trent Arnold (20 yaş) – Liverpool, İngiltərə;

2. Yarımmüdafiəçi Ussyem Aua (20 yaş) – Lyon, Fransa gənclər yığması;

3. Hücumçu Patrik Kutrone (20 yaş) – Milan, İtaliya;

4. Yarımmüdafiəçi Ritsu Doan (20 yaş) – Groningen, Yaponiya;

5. Qapıçı Canluici Donnarumma (19 let) – Milan, İtaliya;

6. Yarımmüdafiəçi Amadu Aydara (20 yaş) – "Zaltsburq", Mali;

7. Hücumçu Castin Klüvert (19 yaş) – Ajax/Roma, Hollandiya;

8. Hücumçu Kilian Mbappe (19 yaş) – PSG, Fransa;

9. Yarımmüdafiəçi Kristian Pulişiç (20 yaş) – "Borussia, ABŞ;

10. Hücumçu Rodriqo Silva De Qoes (17 yaş) – Santos, Braziliya gənclər yığması

Sizin Reklam Yeriniz