Əlaqə Arxiv
news Image
2018.10.15
18:00
| A A A
Luis Enrike: “İspaniya millisi “Uembli”də keçirdiyi oyunu təkrarlaya bilər”

İspaniya millisinin baş məşqçisi Luis Enrike bu gün Sevilla-da Millətlər liqası çərçivəsində İngiltərə ilə keçirəcəkləri matçdan danışıb.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, çalışdırıcı qələbə barədə düşündüyünü deyib: “Təbii ki, qalib gəlmək istəyirik. İspaniya millisi “Uembli”də keçirdiyi oyunu (2:1) təkrarlaya bilər. Komandam əla formadadır. Bununla belə, İngiltərə millisinin güclü olduğunu unutmuruq. İngilislər əvvəlki oyunlarda 5 müdafiəçi ilə çıxış edirdi. Zədələrə görə sxemi dəyişiblər. Onu da deyim ki, indiki İspaniya millisi mənim Barcelona-ma bənzəmir.Müqayisə etmək insafsızlıq olardı.

Sizin Reklam Yeriniz