Əlaqə Arxiv
news Image
2018.10.16
20:30
| A A A
2019 Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin QİYMƏTİ açıqlandı

2019-cu ildə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin qiyməti açıqlanıb.

Trend-in məlumatına görə, ilkin endirim kampaniyası müddətində yerli sakinlər üçün təqdim olunan 4 günlük biletlərin qiyməti tribunadan asılı olaraq 190-660 manat arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 130-470 manat təşkil edir. Ayaqüstü zona üçün olan biletlərin qiymətləri isə 80-160 manat aralığındadır.

Bakı Şəhər Halqasının Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim bildirib ki, Formula 1 yarışını izləmək üçün ötən il Azərbaycana 78 ölkədən qonaqlar gəlib:

“Ötən il Azərbaycanda F1 yarışları həmişə olduğu kimi, çox böyük coşqu və uğurlu keçmişdi. Yarışları izləyənlərin 35 faizi xarici, 65 faizi isə yerli sakin olub. Bu il isə xarici azarkeşlərin sayında artıma nail olmaq niyyətindəyik. Bu göstəricini 40-45 faizə çatdırmaq istəyirik”.

Qeyd edək ki, Bakıda növbəti Formula 1 yarışı 2019-cu il 26-28 aprel tarixlərində baş tutacaq.

Sizin Reklam Yeriniz