Məşhur futbolçu jurnalisti şillələdi
Bundesliqanın 11 turunda keçirilən Borussia Dortmund - Bayern Munchen matçından (3:2) sonra qalmaqal yaşanıb.
Movqe.az goal.az-a istinadən xəbər verir ki, Münhen klubunun yarımmüdafiəçisi Frank Riberi jurnalisti vurub. Jurnalist Patrik Qiyu komandanın buraxdığı qollarda Riberini günahlandırıb. Aralarında yaranan mübahisə zamanı futbolçu mətbuat nümayəndəsinə 3 şillə vurub. Həmçinin sinəsinə zərbə endirib.
Klubun idman direktoru Xasan Salixamidiç anlaşılmazlıq baş verdiyini, məsələnin artıq həll edildiyini bildirib.