Chelsea veteran müdafiəçini göndərir
Qari Keyxil qışda Chelsea-dan ayrıla bilər. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, London klubu müdafiəçini icarəyə verməyi planlaşdırır. 32 yaşlı futbolçunun qüvvədə olan müqaviləsi gələn il baş çatacaq. Maurisio Sarri baş məşqçi təyin edildikdən sonra müdafiəçi heyətdə yer almır. Bu mövsüm Premyer Liqada cəmi bir oyuna çıxıb. Keyxil West Ham və Southampton-un diqqət mərkəzindədir. Aston Villa da onu əldə edə bilər.