Qadınlarla pul söhbəti etməyi xoşlamır...
Atletico-nun prezidenti Enriko Sereso xanım jurnalistin sualını cavablandırmaqdan imtina edib.
Movqe.az Goal.az-a istinadən xəbər verir ki, jurnalist Seresodon Qodinlə müqaviləni uzatmaq üçün pullarının olub-olmadığını soruşub. Prezidentin cavabı isə belə olub:
"Mən pul barədə danışmaq istəmirəm. Xüsusən də pul söhbətini qadınlarla etməyi xoşlamıram”.
Qodinin Atletico ilə müqaviləsi 2019-cu ilin iyununda bitir. İspaniya mətbuatı onunla müqaviləni uzatmaq üçün klubun maliyyə vəsaiti olmadığını yazıb.