Əlaqə Arxiv
news Image
2019.05.02
15:26
| A A A
Liverpool - Barcelona matçının hakimi açıqlandı

Liverpool-la Barcelona arasında Çempionlar Liqasının yarımfinal mərhələsində keçiriləcək cavab matçının hakimi müəyyənləşib.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, mayın 7-də "Enfild Roud"da baş tutacaq oyunda ədaləti Cüneyt Çakırın rəhbərlik etdiyi briqada qoruyacaq. Bu, türk hakimin cari mövsüm ÇL-də 8-ci oyunu olacaq. O, sonuncu dəfə 1/4 final mərhələsində Manchester City - Tottenham (4:3) görüşünü idarə edib.

Qeyd edək ki, Barcelona ilə Liverpool arasında "Nou Kamp"da keçirilən ilk oyunda ev sahibləri 3:0 hesablı qələbə qazanıb.

Sizin Reklam Yeriniz