Əlaqə Arxiv
news Image
2019.05.05
19:17
| A A A
"İnsanlar Ronaldo səhv etsin deyə, gözləyirlər”

Juventus-un futbolçusu Kriştiano Ronaldoona yönələn tənqidlərlə bağlı danışıb.

Goal.az xəbər verir ki, İtaliya mətbuatına danışan portuqaliyalı hücumçu, bunları deyib:

“Juventus-a yaxşı uyğunlaşdım. Beş “qızıl top” və 5 dəfə Çempionlar Liqası kubokunu qazanmışam. Bəzən özümə əsəbiləşirəm və artıq yoruluram. Sanki hər mövsüm ən yaxşı olduğumu sübut etməliyəm. İnsanlar Ronaldo səhv etsin deyə, gözləyirlər”.

Qeyd edək ki, Ronaldo bu mövsüm Juventus-la 41 qarşılaşmada iştirak edib. 4 yaşlı hücumçu bu oyunlarda 28 qol vurub, 13 məhsuldar ötürmə verib.

Sizin Reklam Yeriniz