Əlaqə Arxiv
news Image
2019.05.07
08:14
| A A A
Zidan 3 futbolçuya qapını göstərdi - SİYAHI
Mövsümün sonunda "Real"dan ayrılacaq futbolçular müəyyənləşib. Qol.az-ın "Marca" nəşrinə istinadən yaydığı xəbərə görə, "kral klubu" yayda 3 futbolçunu göndərəcək. Bunlar Qaret Beyl, Dani Sebalyos və Markos Lorentedir. Zinəddin Zidanın artıq həmin oyunçularla görüşdüyü və onları növbəti mövsümdə komandasında görmək istəmədiyini dediyi iddia olunur. Beylin menecerləri məlumatı təsdiqləməsələr də, təkzib də etməyiblər.
Sizin Reklam Yeriniz