Əlaqə Arxiv
news Image
2019.05.07
14:31
| A A A
Neymar üçün sürpriz təklif

PSG-nin hücumçusu Neymar karyerasını İngiltərədə davam etdirə bilər.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Braziliya millisinin üzvü Manchester City-nin maraq dairəsindədir.

"Şəhərlilər" bununla bağlı qarşı tərəflə danışıqlara başlayıb. Premyer Liqa təmsilçisinin ilk təklifi 150 milyon avro və iki futbolçu - Benjamin Mendi və Qabriel Jezuşdan biri olub. Ancaq çətin ki, fransızlar buna müsbət cavab versin. Çünki PSG forvardı 2017-ci ildə Barcelona-dan 222 milyon avroya transfer edib.

Qeyd edək ki, Neymar bu mövsüm Liqa 1-də keçirdiyi 16 oyunda 14 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Sizin Reklam Yeriniz