Əlaqə Arxiv
news Image
2019.05.21
15:34
| A A A
Avropa Liqasının final oyununa bilet satışının dördüncü mərhələsi başladı

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa bilet satışının 4-cü mərhələsi başlayıb.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, biletləri "Port Baku Mall", "28 May Mall", "Gənclik Mall" və Heydər Əliyev Sarayının kassalarında əldə etmək mümkündür.

Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 280manat (140 avro), ikinci kateqoriya 180 manat (90 avro), üçüncü kateqoriya 100 manat (50 avro), dördüncü kateqoriya isə 60 manat (30 avro) dəyərindədir. 

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu üçün nəzərdə tutulan 64000 biletdən 37500 ədədi ilkin mərhələdə satılıb. Həmçinin dəyəri 890 avro olan “Qızıl” və 690 avroluq “Gümüş” paketlərin hamısı alınıb. Təşkilat Komitəsi daha sonra 5000 biletin satışını təşkil edib.

Sizin Reklam Yeriniz