Əlaqə Arxiv
news Image
2019.05.27
09:45
| A A A
"Çelsi"də növbəti itki: Dünya çempionu Bakıya gələ bilməyəcək

İngiltərənin "Çelsi" klubu Bakıda "Arsenal"la keçirəcəyi Avropa Liqasının final matçı ərəfəsində daha bir futbolçu itkisi ilə üzləşib. Movqe.az-ın "The Guardian"a istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi N Qolo Kante son məşqlərdən birində dizindən zədələnib. Fransalı dünya çempionundan əlavə, Antonio Rüdiger, Kallum Hadson-Odoi və Ruben Loftus-Çik də eyni səbəbdən həlledici qarşılaşmada "zadəganlar"a kömək edə bilməyəcək.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 23:00-da başlayacaq. 

Sizin Reklam Yeriniz