Əlaqə Arxiv
news Image
2019.05.30
09:26
| A A A
Avroliqanın möhtəşəm Bakı finalı
Erməni lobbisinin ingilis gedişi rədd edildi

Əsrin üçdə birinə tən gələn bir dönəmdə Azərbaycanın müstəqillik yolları ilə sürətli bir inkişafa nail olması, adını beynəlxalq aləmin nüfuzlu üzvləri sırasına yazdırması, böyük dövlətlərlə ayaqlaşa bildiyini işi və əməli ilə sübut etməsi və ən əsası da Ermənistanın işğal etdiyi ərazilərin azadlığı uğrunda qətiyyətlə mübarizə aparıb bütün sahələrdə düşməni kümcə sıxışdırması bir sıra xarici pozucu qüvvələrin narahatlığını gücləndirib. Başda erməni diasporu və lobbisi olmaqla pozucu qüvvələr Azərbaycan əleyhinə apardıqları qara piar kampaniyasını UEFA Avropa Liqasının final oyununun Bakıya salınması faktı ilə də barşmaq istəməyərək bu hadisə ətrafında ucuz fəaliyyət sərgiləyib. Söhbət final oyununun iştirakçısı, İngiltərənin “Arsenal” klubunun erməni əsilli oyunçusu Henrix Mxitaryanın Azərbaycana gəlmək istəməməısi ilə bağlıdır. Guya ki, bu adamı Azərbaycanda qətlə yetirmək üçün əllərində avtomat xüsusi qrup intizarla final oyununu gözləyir.

Bəli, başda komandanın baş məşqçisi Unai Emeri olmaqla bir sıra idman mənsubları bu siyasi məsələyə niyə baş qoşublar, bu, onların öz işidir. Lakin UEFA rəsmiləri başda olmaqla Azərbaycanın rəsmi futbol qurumları “oyunçu”nun təhlükəsizliyinə tam təminat vermişdilər. Mxitaryanı futbolçu yox, oyunçu adlandırmağımız da təsadüfi deyil. “Arsenal”ın bu ortabab üzvü həqiqi futbolçu olsa idi, siyasi oyunbazlığa getməzdi. Əslində, o, bu hərəkəti ilə idmanı siyasiləşdirməyin çox pis nümunəsinə çevrilib.  

Bakı Olimpiya Stadionunda “Çelsi” ilə keçiriləн oyun öncəsi təşkil olunan mətbuat konfransında erməni futbolçu Henrix Mxitaryanın paytaxtımıza gəlməməsinə münasibət bildirən “Arsenal”ın isveçrəli futbolçusu Caka deyib: “Hesab edirəm ki, biz siyasi məsələlərdən çox danışdıq. Gəlin, indi isə futbol haqda danışaq. Düşünürəm ki, əsas məqsədimiz qələbə qazanmaqdır. Emerinin böyük təcrübəsi var. İsrəyirik ki, qalib gəlməklə onu məmnun edək”. Bu fikirlər sübut edir ki, Mxitaryanın “qarnının dərdi”ni hamı yaxşı anlayır və erməni lobbisinin təhriki ilə idmanın siyasiləşdirilməsindən kimsə məmnun olmayıb.

Rusiyanın tanınmış futbolçusu, Avroloqanın Final oyununun səfiri Aleksandr Səmədov da olayla bağlı təəssüfləndiyini bildirib və “Liverpul”un alman əsilli baş məşqçisi Kloppun Bakıda keçirilən final oyunu haqda qərəzli fikirlərini tənqid edib: “Mxitaryanın qərarını müzakirə etməkdə bir məna görmürəm. Bu, əsasən onun öz qərarı və öz məsuliyyətidir. İstərdim ki, idman siyasətlə mümkün qədər az əlaqələndirilsin və oxşar hadisələr az yaşansın. Kloppun fikirlərinə gəlincə, Çox təəccübləndim, məhz ondan bu cür şərh eşitməyi gözləmirdim. Bakı gözəl otelləri olan möhtəşəm şəhərdir. Şəhər alman mütəxəssisin səsləndirdiyi fikirlərə layiq deyil. Əminəm ki, hər şey əla olacaq”.

Daha sonra “The Daily Star” qəzetinin erməni əsilli Henrix Mxitaryanla bağlı yaydığı məlumatdan bəlli olub ki, klub 30 yaşlı oyunçu ilə vidalaşmağa hazırlaşır. Çünki o, yaşıl meydanda keyfiyyətli oyun nümayiş etdirmir. Baş məşqçi Unai Emery onun oyunundan ciddi şəkildə narazıdır. “Arsenal”ın əsas heyətində yer almayan Henrix Mxitaryanın Bakıya gəlməkdən imtina etməsini bəhanə edərək Azərbaycana bütün cəbhə boyu hücum edən ingilis yazarların davranışı məyusluq doğursa da həqiqət üzə çıxıb.

Oyun günü İngiltərənin “The Sun” qəzeti bütün siyasi dedi-qoduya son qoyaraq yasıb: “Arsenal” ilə “Çelsi” futbol klublarının azarkeşləri üçün ən məsləhətlisi o olardı ki, onlar taksiyə minib şəhərin görməli yerlərini gəzəydilər”.

Təntənəli idman bayramı ilə bağlı Azərbaycanda olan UEFA rəsmiləri Bakı Olimpiya stadionunun hazırlığını ən yüksək 5 balla qiymətləndirib. Bu, əcnəbi qüvvələrin Mxitaryan təxribatına daha güclü zərbədir. Bakının bu oyun üçün seçilməsini isə UEFA prezidenti Aleksandr Çeferin “Der Şpigel” nəşrinə müsahibəsində belə əsaslandırıb: “Niyə? Çünki orada yaşayan insanlar futbolu sevirlər. Təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə futbolu inkişaf etdirməliyik. Bakıdakı azarkeşlər canlı futbol görmək istəyində haqlı deyillərmi?! Klublar birbaşa biletləri geri qaytarıblar, çünki hamısını sata bilməyiblər. Yeri gəlmişkən, mən asanlıqla uçuşlar üçün aviabiletlərin olduğunu söylədim. Lakin kimsə bu haqda danışmır. Həmişə UEFA günahkar kimi göstərilir. Bu populizmdir. Hər klubun səyahət edən azarkeşlərini dəstəkləmək üçün konstruktiv təklifi, yaxud fondu olur”. Çeferi erməni əsilli futbolçu Henrix Mxitaryanın təhlükəsizlik bəhanəsi ilə Bakıya gəlməməsi məsələsinə də toxunub: “Azərbaycan hərtərəfli təhlükəsizlik planı və zəmanət təqdim etdi. Lakin gəlməmək oyunçunun öz qərarı idi”.

Beləliklə, qara qüvvələrin əməli puç oldu və UEFA-nın Bakı turnesi dünya, o cümlədən Azərbaycanın futbol tarixinə qızıl hərflərlə yazıldı. Bakıda okduqca mphtəşəm futbol oyunu baş tutdu.

N.NOVRUZ

Sizin Reklam Yeriniz