Əlaqə Arxiv
news Image
2019.06.02
01:20
| A A A
"Liverpul" UEFA Çempionlar Liqasının qalibi olub

İspaniyanın paytaxtı Madriddə UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün final görüşü keçirilib.

Movqe.az-ın məlumatına görə, həmin görüşdə İngilərinin "Liverpul" və "Tottenhem" futbol klubları qarşılaşıb.

"Vanda Metropolitano" stadionunda keçirilən oyun "Liverpul"un 2:0 qələbəsi ilə bitib.

Qollar: Mohammed Salah (2-ci dəqiqə) və Divok Oriqi (87-ci dəqiqə).

Beləliklə, "Liverpul" altıncı dəfə turnirin qalibi olub.

Sizin Reklam Yeriniz