Əlaqə Arxiv
news Image
2019.06.12
16:31
| A A A
Çempionlar Rusiya Azərbaycanlıları ittifaqının qonağı olublar -FOTO

Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) qərargah mənzilində təşkilatın prezidenti Fizuli Məmmədovun qarışıq döyüşlər üzrə müxtəlif dünya səviyyəsində yarışların prestijli mükafatlarının sahibləri ilə görüşü olub. Görüşdə, digər qonaqlar ilə birgə tay boksu üzrə çoxqatlı Rusiya, Avropa və dünya çempionu Valeriya Drozdova, MMA üzrə ikiqatlı dünya kubokunun qalibi, MMA üzrə Rusiyanın idman ustası Ziyad Sayadlı, muay-tay üzrə beynəlxalq türnirlərin mükafatçısı və çempionu olmuş Ramazan Abdullayev iştirak ediblər. Tədbirdə, RAİ tərəfindən idmanın, o cümlədən döyüş idman növlərinin inkişafına dair bir çox sual müzakirə olunub. Təşkilatın prezidenti F.Məmmədov Rusiyadakı azərbaycanlılar arasında idmanın təşviqi ilə bağlı prioritet planlar haqqında danışdı Qeyd etmək lazımdır ki, görüşdə həmçinin Rusiya Federasiyasında ТТ Fight Club-un rəsmi nümayəndəsi, məhşur azərbaycanlı idmançıların təmsilçisi Fərrux Qənbərov, Ümumdünya Azərbaycan Mədəniyyəti Fondunun vitse-prezidenti Ceyhun Əliyev, RAİ-nin mətbuat xidmətinin rəhbəri Anar Həsənov iştirak ediblər. “Bütün dünya azərbaycanlıları sizin uğurlarınızla fəxr edir və sizə hörmət edir. Əminliklə deyə bilərəm ki, Rusiya Azərbaycanlıları İttifaqı Azərbaycan və Rusiya bayraqlarını yüksəklərdə dalğalandıracaq bütün azərbaycanlı idmançılara dəstək verəcək. Rusiyanın azərbaycanlı diasporası öz görkəmli idmançıları və məşqçiləri ilə məşhurdur”, – deyə F.Məmmədov idmançılara müraciətində bildirib. Öz növbəsində, qəbula görə minnətdarlığını bildirən F.Qənbərov ТТ Fight Club və RAİ arasında məhsuldar əməkdaşlığın inkişaf edəcəyi ilə bağlı əminliyini ifadə edib. Həmçin Fizuli Məmmədova Xəyal Caniyev və Alim Nəbiyeb kimi məşhur idmançılara dəstək göstərdiyi üçün təşəkkür edib. “Bizim görüşümüz idmançımız Xəyal Caniyevin Buxarestdə keçiriləcək döyüşün ərəfəsində baş tutdu. İyun 22 isə digər idmançımız Alim Nəbiyevin Parisdə döyüşü nəzərdə tutulub. Rusiya Azərbaycanlıları İttifaqının və şəxsən sizin sayənizdə idmançılarımız belə mötəbər yarışlarda iştirak edə biləcəklər. Bizim məqsədimiz qalib gəlməkdir və Tanrının köməyi ilə biz bunu edəcəyik”, – deyə Fərruz Qənbərov əlavə edib.

Sizin Reklam Yeriniz