Əlaqə Arxiv
news Image
2019.06.20
22:15
| A A A
“Bunu bacaracağımıza şübhəm yoxdur” - Messi

Argentina millisinin üzvü Lionel Messi Amerika kubokunun 2-ci turunda Paraqvay yığması ilə qollu bərabərə qaldıqları oyundan (1:1) sonra fikirlərini bildirib.

Movqe.az komanda.az-a istinadən xəbər verir ki, Messi turnirdə yollarına davam edəcəklərinə inandığını deyib:

"Açığı, istədiyimiz nəticəyə nail ola bilmədiyimiz üçün çox məyusuq. Turnirin çətin keçəcəyini bilirdik. Paraqvayla oyun bizim üçün vacib idi, ancaq qazana bilmədik. Növbəti matçımız bizim üçün çox əhəmiyyətlidir, ölüm-qalım oyunudur. İnanıram ki, lazım olan nəticəni qazanıb, turnirdə yolumuza davam edəcəyik. Bunu bacaracağımıza şübhəm yoxdur".

Argentina millisi Amerika kubokunda 2 turdan sonra B qrupunda 1 xalla sonuncu sıradadır. Bu komanda 3-cü turda Qətər yığması ilə qarşılaşacaq.

Sizin Reklam Yeriniz