Əlaqə Arxiv
news Image
2019.06.21
13:26
| A A A
Fernando Torres karyerasını bitirdiyini açıqladı

İspaniya yığmasının keçmiş hücumçusu Fernando Torres karyerasını başa vurub.

Goal.az xəbər verir ki, 35 yaşlı ispaniyalı hücumçu qərarını “Twitter” hesabı vasitəsilə açıqlayıb.

Qeyd edək ki, Torres karyerası ərzində Atletico Madrid, Liverpool, Chelsea və Milan kimi klubların şərəfini qoruyub. İspaniya millisi ilə dünya və Avropa çempionu olan forvard, UEFA Çempionlar Liqası və Avropa Liqasının da qalibi olub. O, yığmada 110 oyuna 38, klublarda isə 706 matça 252 qol vurub.

Sizin Reklam Yeriniz