Əlaqə Arxiv
news Image
2019.06.23
17:49
| A A A
Boksçumuz ermənini məğlub etdi

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının boks yarışlarında 3-cü günə start verilib.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, "Uruçye Arena"da öncə 49 kq çəki dərəcəsində çıxış edən boksçular rinqə çıxıb.

Bu çəki dərəcəsində mübarizə aparan Azərbaycan millisinin üzvü Rüfət Hüseynov Oyunlara 1/8 finaldan başlayıb. Onun rəqibi David Alaverdian (İsrail) olub. 4:0 hesabı ilə qalib gələn boksçumuz 1/4 finala adlayıb.

R.Hüseynov 1/4 finalda italiyalı Federiko Serra ilə üz-üzə gələcək. Sonuncu 1/8 finalda bolqarıstanlı Tinko Banabakova qalib gəlib.

1/4 final görüşləri iyunun 25-də baş tutacaq.

Sizin Reklam Yeriniz