Əlaqə Arxiv
news Image
2019.06.25
13:18
| A A A
Suarezin gülünc penalti istəyi gündəm oldu - VİDEO

Uruqvaylı hücumçu Luis Suarez Amerika kubokunda Çili ilə oynadığı matçda özündən söz etdirməyi bacarıb.

Goal.az xəbər verir ki, əvvəllər rəqib oyunçuları dişləməsi ilə gündəm olan futbolçu, bu dəfə başqa bir hərəkətlə diqqət çəkib.

Rəqibin cərimə meydançasında vurduğu zərbə qapıçının əlinə dəyərək meydandan çıxıb. Barcelona-nın ulduz oyunçusu isə hakimə əl toxunuşu işarəsi edərək penalti gözləyib. Futbolçunun bu hərəkəti sosial şəbəkələrdə və dünya mediasında gündəmə damğa vurub.

Qarşılaşma Uruqvayın Çili üzərində minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Nəticədə, Uruqvay qrup lideri kimi 1/4 finala yüksəlib.

Suarezin penalti istədiyi həmin epizodu təqdim edirik:

 

Sizin Reklam Yeriniz