Əlaqə Arxiv
news Image
2019.07.05
16:13
| A A A
Monaco Milan-ın hücumçusu ilə maraqlanır

Monaco hücum xəttini gücləndirməyi planlaşdırıb.

Goal.az xəbər verir ki, Fransa təmsilçisi Milan-ın 23 yaşlı hücumçusu Andre Silvanı transfer etməyə çalışacaq. Son mövsümü Sevilla-da icarə əsasında çıxış edən Andre Silva, Milan-dan ayrılmaq istədiyini rəhbərliyə bildirib. Portuqaliyalı hücumçu klubda rəqabətin güclü olduğunu bəhanə gətirərək satışa çıxarılmağını istəyib.

Qeyd edək ki, 2017-ci ildə 38 milyon avroya Porto-dan Milan-a keçən hücumçu son mövsüm ərzində Sevilla-nın forması ilə 27 oyunda iştirak edərək 9 qola imza atıb.

Sizin Reklam Yeriniz