Bu gün “Səbail” Avropa Liqasında debüt edəcək
Movqe.az xəbər verir ki, 1-ci təsnifat mərhələsi çərçivəsində meydana çıxacaq təmsilçimiz Bakıda Rumıniyanın "Universitatya Krayova" klubunu qəbul edəcək.
11 iyul
Avropa Liqası, I təsnifat mərhələsi
İlk oyun
20:00. "Səbail" (Azərbaycan) - "Universitatya" (Krayova, Rumıniya)
Baş hakim: Fyodor Zammit (Malta)
Bakı, "ASCO Arena”
Qeyd edək ki, bu gün digər təmsilçimiz "Neftçi" isə səfərdə Moldovanın "Sperantsa" klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.