Əlaqə Arxiv
news Image
2019.07.23
14:53
| A A A
Məşhur futbolçunun ölkəyə girişi qadağan edilə bilər

Manchester City-nin yarımmüdafiəçisi Riyad Mahrezin Misirə girişi qadağan edilə bilər.

Goal.az verir ki, buna səbəb futbolçunun Afrika Kubokunun finalındakı davranışıdır. Mükafatlandırma mərasimində fəxri kürsüyə qalxan Əlcəzair millisinin kapitanı FIFA prezidenti Canni İnfantino ilə görüşsə də, Misirin baş naziri Mustafa Madbuli və idman naziri Əşrəf Sobhini görməzlikdən gəlib. Bu davranışına görə, ulduz futbolçunun Misirə girişi qadağan edilə bilər.

Qeyd edək ki, finalda Seneqal üzərində 1:0 hesablı qələbə qazanan Əlcəzair Afrika Kubokunun qalibi olub.

Sizin Reklam Yeriniz