Əlaqə Arxiv
news Image
2013.05.21
12:13
| A A A
UEFA futbol qaydalarını dəyişdi

UEFA, 2015-2016-cı mövsümdə çempionlar liqasına qatılma prosedurunda yenilik edib. Mövqe.az-ın "Sabah"a istinadən verdiyi xəbərə görə, artıq UEFA Avropa Liqasını qazanan klub sonrakı mövsümdən Çempionlar Liqasına qatıla bilər. 


UEFA İcraiyyə Komitəsi bu dəyişikliklə vaxt itkisinin qarşısını almaq niyyətindədir. Uzun zaman müzakirələrdən sonra fevral ayında Avropa Klublar Birliyinin Toplantısına qatılan 207 klubdan 61%-i dəyişikliyin lehinə səs verib. 


Avropa Liqasında 48 klub 200 milyon avronu paylaşarkən Çempionlar Liqasında 32 klubun 1 milyard dolları paylaşmasının ədalətsizlik olduğunu bildirən klub rəsmiləri oyunçuların və klubların motivasiyasına mənfi təsir etdiyinə görə bu addımı atıblar.


Sizin Reklam Yeriniz