Burak Yılmaz A Seriyasına keçir
Beşiktaş-ın hücumçusu Burak Yılmaz klubunu dəyişə bilər.
Goal.az xəbər verir ki, Türkiyə millisinin də hücumçusu olan futbolçu ilə A Seriyası təmsilçisi Lecce maraqlanır. İtaliya mətbuatının məlumatına görə, Burak artıq Lecce-yə keçməyə razılıq verib.
Qeyd edək ki, Burak Yılmaz ötən mövsüm Beşiktaş-ın forması ilə 15 oyuna 11 qol vurub.