Əlaqə Arxiv
news Image
2019.09.11
17:58
| A A A
Ronaldo azərbaycanlı futbolçunun rekordunu qırmağa 4 addım da yaxınlaşdı - FOTO

AVRO-2020-nin Litvaya qarşı səfər matçında Portuqaliya millisinin tərkibində poker edən Kritştiano Ronaldo daha bir rekorda yaxınlaşıb.

Movqe.az xəbər verir ki, Ronaldo vurduğu 4 qolla milli aktivindəki qol sayını 93-ə çatdırıb.

Lakin onun bu pillədəki rekordu qırması üçün daha 16 qola ehtiyacı var.

Belə ki, milli komandalar tarixində ən çox qolu olan İran millisinin hücumçusu, Azərbaycan əsilli Əli Dayidir. Onun aktivində 109 qol var. 50 yaşlı futbolçu karyerasını 2007-ci ildə bitirib.

Sizin Reklam Yeriniz