Əlaqə Arxiv
news Image
2013.05.30
15:40
| A A A
Boksçularımız Qazaxıstanda iki medal qazanıblar

Qazaxıstanın Pavlodar şəhərində Qazaxıstan SSR-nin əməkdar məşqçisi, professor Rafael Vahidovun şərəfinə həsr olumuş "Boks üzrə Beynəlxalq Turnir" keçirilib.

 

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Mövqe.az-a verilən məlumata görə, 10 ölkənin (Azərbaycan, Rusiya, Ukrayna, Özbəkistan, Qırğızıstan, İraq, Monqolustan, Suriya, Tacikistan və Qazaxıstan) iştirak etdiyi turnirdə respublikamızı əməkdar məşqçi Rəhim Allahverdiyevin rəhbərliyi altında "Qızıl Əlcək" idman klubunun boksçuları, eyni zamanda, Azərbaycan milli yığma komandasının üzvləri – Kamran Orucov (56 kq), Salman İbrahimov (64 kq), Qorxmaz Vəliyev (81kq), Togrul İsayev (91 kq), Vətən Hüseynli (91 kq), İlqar Allahverdiyev (91+ kq) təmsil ediblər.

 

İdmançılardan Vətən Hüseynli turnirin gümüş, Toğrul İsayev bürünc medalını qazanıb.

 

"Qızıl Əlcək" İdman Klubunun yerli və beynəlxalq yarışlarda iştirakına "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC maliyyə dəstəyi göstərir. 

Sizin Reklam Yeriniz