Əlaqə Arxiv
news Image
2019.11.28
17:18
| A A A
“Artıq Premyer Liqaya köklənməliyik” – Qvardiola

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində öz meydanında Shakhtar-la 1:1 hesablı bərabərliyə razılaşan Manchester City-nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Goal.az xəbər verir ki, ispan mütəxəssis, pley-offa vəsiqə qazanmalarını dəyərləndirib:

“İkinci hissədə yaxşı oynadıq, ilk oyunla müqayisədə daha yaxşı çıxış etdik. Bir neçə epizod yaratdıq, bu da bərabərlik üçün kifayət etdi. Bu nəticəylə pley-offa vəsiqə qazandıq. Bu rəqibə qarşı bir neçə dəfə oynamışam, səviyyəli futbolçuları var. Hədəfimiz qrupdan çıxmaq idi və bunu bacardıq. Artıq Premyer Liqaya köklənməliyik”. (Komanda.az)

Sizin Reklam Yeriniz