Koutinyo Barcelona-ya qayıtmaq istəmir
Bayern Munich-in yarımmüdafiəçisi Filipp Koutinyo gələcəyi ilə bağlı danışıb.
Goal.az xəbər verir ki, Braziliya millisinin üzvü müqavilə ilə məxsus olduğu Barcelona-ya qayıtmaq istəmir.
27 yaşlı pleymeyker icarə əsasında formasını geyindiyi Bayern-də qalmaq niyyətindədir: "Burda özümü çox yaxşı hiss edirəm. Ən azı daha bir il Bayern-də qalmağı planlaşdırıram. Hər şey qaydasında olarsa, burda qalmaq istəyərdim".
Qeyd edək ki, Bayern Munich mövsümün sonunda 120 milyon avro müqabilində Koutinyonu transfer edə bilər.