Suaresdən tarixi antirekord
Barcelona-nın hücumçusu Luis Suares Çempionlar Liqasının qrup mərhələsinin son turunda İnter-lə qarşılaşmada fərqlənə bilməyib.
Goal.az xəbər verir ki, uruqvaylı forvard bu turnirdə ardıcıl 21-ci səfər oyunudur ki, qol vura bilmir.
Bununla Suares antirekorda imza atıb. Bir tur əvvəl Arif Ərdəmi (Galatasaray: 1993-2001) geridə qoyan ulduz futbolçu antirekordun müəllifi olan Nvanko Kanunu (Arsenal: 1999-2004) da qabaqlayıb.
Qeyd edək ki, Luis Suares 2014-cü ildən Barcelona-nın formasını geyinir.