Premyer Liqa klubunda 3,5 illik müqavilə
Brighton mövsümün əvvəlində Huddersfield-ən icarəyə götürdüyü Aaron Muyu birdəfəlik transfer edib.
Goal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 29 yaşlı yarımmüdafiəçi ilə 3,5 illik sözləşmə imzalayıb.
Sözügedən klub avstraliyalı futbolçu üçün Huddersfield-ə 6 milyon avro ödəyib. Avstraliya milli komandasının da üzvü olan Muy, bu mövsüm Premyer Liqada 17 oyunda 2 qol vurub.