Əlaqə Arxiv
news Image
2013.06.24
11:50
| A A A
Cüdoçularımız Avropa çempionatında 6 medal qazanıblar

Estoniyanın paytaxtı Tallində yeniyetmələr cüdoçular arasında keçirilən Avropa çempionatı başa çatıb. Mövqe.az-ın məlumatına görə, Azərbaycan millisi yarışı 2 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.

 

Komandamızın heyətində Hidayət Heydərov (60 kq) və Leyla Əliyeva (40 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda uduzan İlkin Babazədə (55 kq) və Elnur Əhmədli (66 kq) gümüş medalla kifayətləniblər. Digər cüdoçularımız - Natiq Qurbanlı (50 kq) və Rüfət Tağızadə (55 kq) isə Avropa birinciliyini 3-cü yerdə bitiriblər.

 

Qeyd edək ki, yığmamız komanda hesabında 3-cü olub. Rusiya 1-ci (5-1-3), Fransa (3-1-0) ikinci yeri tutub. 

Sizin Reklam Yeriniz