Əlaqə Arxiv
news Image
2020.03.07
14:48
| A A A
Ronaldinyo yenidən saxlanıldı

Brazilya millisinin sabiq futbolçusu Ronaldinyo Paraqvayda yenidən saxlanılıb.

Goal.az “Reuters” agentliyinə istinadən yazır ki, bununla bağlı qərarı ölkənin baş prokuroru verib. O və qardaşı Roberto de Assis Morreyro qaldıqları oteldə saxlanılaraq polis idarəsinə aparıblar.

Ronaldinyo Paraqvaya saxta pasportla getməkdə ittiham olunur. Martın 5-də o, həbs edilsə də, sonradan sərbəst buraxılıb. Amma bir neçə saat sonra sabiq futbolçu yenidən saxlanılıb. Bu gün onun məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

Sizin Reklam Yeriniz