Avrokubokların final oyunları təxirə salındı - RƏSMİ
UEFA avrokuboklarla bağlı yeni qərar qəbul edib.
Goal.az xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və qadınlar arasında Çempionlar Liqasının həlledici görüşü koronavirus pandemiyasına görə qeyri-müəyyən vaxta təxirə salıb.
Qeyd edək ki, UEFA martın 17-də keçirilən videokonfransda Avropa Liqasının finalını iyulun 24-nə, Çempionlar Liqasının finalını isə iyulun 27-nə təyin etmişdi.
Xatırladaq ki, UEFA bu yay keçirilməli olan Avropa çempionatını koronavirus pandemiyasına görə gələn ilə təxirə salıb.