Əlaqə Arxiv
news Image
2020.03.27
13:57
| A A A
AFFA hakimlərə onlayn dərslər keçir

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hakimlər üçün qrup halında məşğələlərin müvəqqəti ləğv olunması nəzərə alınaraq, onlayn şəkildə dərslərin keçirilməsinə start verilib.
Mövqe.az-ın Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) istinadən məlumatına görə, AFFA Hakimlər Komitəsinin sədri Fritz Stuchlik və UEFA-nın Hakimlər Komitəsinin üzvü Kiros Vassarasın iştirakı ilə dərslər həftədə 1 dəfə olmaqla 2 ayrı-ayrı qruplara bölünmüş hakimlər üçün aparılır.
Onlayn dərslərdə beynəlxalq oyunlarda baş vermiş müəyyən situasiyalar müzakirə edilir, sorğu vasitəsi ilə hakimlərin cavabları öyrənilir, oyun qaydalarının düzgün yozumu və tətbiqi haqqında tövsiyələr verilir.
 

Sizin Reklam Yeriniz