Əlaqə Arxiv
news Image
2020.04.03
20:16
| A A A
Real Madrid Napoli-nin futbolçusu ilə maraqlanır

Real Madrid Napoli-nin futbolçusu Fabian Ruislə maraqlanır.

Goal.az xəbər verir ki, bu barədə ispan yarımmüdafiəçinin meneceri Alvaro Torres açıqlama verib. İspaniya mətbuatına danışan Torres, Real-ın müştərisiylə maraqlandığını deyib:

“Aydındır ki, Fabianla maraqlanan çox klub var. O, son üç ili yüksək səviyyədə keçirib.

Bəli, düzdür, Real da onunla maraqlanan klublardandır. Bu barədə Napoli-yə də məlumat vermişik. Hazırda Fabianın diqqəti öz komandasındadır”.

Qeyd edək ki, Ruis cari mövsümdə iştirak etdiyi 32 oyunda 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Sizin Reklam Yeriniz