Əlaqə Arxiv
news Image
2020.04.13
23:24
| A A A
Memfis Depay İtaliya klublarının hədəfində

Lyon-un üzvü Memfis Depay karyerasını İtaliyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, futbolçu ilə Lazio və Milan klubları maraqlanır.

Məlumata görə, Fransa klubu oyunçu üçün 50 milyon avro tələb edir. Ancaq İtaliya təmsilçiləri bu məbləği ödəyə bilmirlər. Depayın Lyon-la müqaviləsi gələn il sona çatır. Milan rəhbərliyi futbolçunu icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, 26 yaşlı oyunçu cari mövsüm komandası ilə 18 matç keçirib və 14 qol vurub.

Sizin Reklam Yeriniz