Əlaqə Arxiv
news Image
2020.04.14
19:28
| A A A
UEFA milli federasiyalarla çempionatların bərpasını müzakirə edəcək
UEFA koronavirus pandemiyasına görə dayandırılan çempionatların mümkün bərpası üçün milli federasiyalarla danışıq aparmağa hazırdır. "Report"un "Assosiated Press"ə istinadən verdiyi məlumata görə, aprelin 23-dəki növbəti videokonfransda quruma üzv olan 55 milli assosiasiya ilə bu məsələ müzakirə olunacaq. Bildirilir ki, qitə futbol qurumu üstünlüyü yerli liqalar və avrokubokların başa çatıdırılmasına verəcək. İddiaya görə, video-konfransda oyunların iyul-avqust aylarında keçirilməsi təklif olunacaq. Avrokuboklar isə milli çempionatlar bitdikdən sonra oynanılacaq. Qeyd edək ki, daha əvvəl UEFA-nın cari mövsümü avqustda bitirməyi planlaşdırdığı bildirilsə də, qurumun Mətbuat xidməti hələlik bununla bağlı qərar qəbul olunmadığını açıqlayıb. Xatırladaq ki, Avropada çempionatların əksəriyyəti koronavirus pandemiyasına görə yarımçıq dayandırılıb. Son məlumata görə, dünyada 1,9 milyondan çox insan virusa yoluxub.
Sizin Reklam Yeriniz