Əlaqə Arxiv
news Image
2020.04.28
12:35
| A A A
Fransa millisinin sabiq futbolçusu öldü
Fransanın "Sent-Etyen" klubunun əfsanəvi futbolçusu Robert Herbin dünyasını dəyişib. "Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, sabiq müdafiəçi ağ ciyər və ürək problemləri səbəbindən xəstəxanada 81 yaşında vəfat edib. Qeyd edək ki, Robert Herbin Fransa millisinin də formasını geyinib. O, "Sent-Etyen"də 1957 – 1972-ci illərdə futbolçu olduğu vaxt 5, 1972 – 1983 və 1987 – 1990-cı illərdə baş məşqçi kimi 4 dəfə Fransa çempionu olub.
Sizin Reklam Yeriniz