Əlaqə Arxiv
news Image
2020.04.29
15:42
| A A A
“ÇL oyunlarını başqa ölkələrdə keçirməyə hazırıq”

Fransada sentyabr ayına qədər futbol da daxil olmaqla, bütün kütləvi idman tədbirlərinin qadağan olunmasının ardından PSG Çempionlar Liqasındakı (ÇL) ev oyunlarını ölkə xaricində oynamağa hazır olduğunu açıqlayıb.

Goal.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin sahibi Nasser El Xelaifi açıqlama verib.

O, yerli mətbuata açıqlamasında hökumətin aldığı qərara hörmətlə yanaşdıqlarını bildirsə də, ÇL oyunlarından imtina etmək fikrində olmadıqlarını bəyan edib.

Paris klubunun sahibi Fransada alınmasa belə, UEFA-nın da razı olacağı halda, ev oyunlarını istənilən ölkədə keçirməyə hazır olduqlarını söyləyib. Xelaifi futbolçu və məşqçilər də daxil olmaqla bütün klub işçilərinin sağlamlığına dair zəmanət verməyə hazır olduqlarını da sözlərinə əlavə edib.

PSG ÇL-in 1/8 finalında Borussia Dortmund-u turnirdən kənarlaşdıraraq 1/4 finala yüksəlib. Fransanın ÇL-dəki digər təmsilçisi – Lyon da 1/8 finalın ilk oyununda Juventus-a 1:0 qalib gəlib. Lakin koronavirus pandemiyası səbəbindən bu komandaların İtaliyadakı cavab qarşılaşması təxirə salınıb.

Fransa çempionatında bu mövsüm koronavirus səbəbindən ləğv olunub. Ölkə rəhbərliyi ən azı sentyabra qədər futbol da daxil olmaqla bütün kütləvi idman tədbirlərinin ləğv olunduğunu açıqlayıb. (sportinfo)

Sizin Reklam Yeriniz