Çempionlar Liqasının püşkü atıldı
Bu gün UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb.
Goal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbir saat 14:00-da başlayıb.
1/4 final mərhələsindən oyunlar Portuqaliyanın paytaxtı Lissabonda “8-lər finalı” formatında keçiriləcək və 1 matçdan ibarət olacaq. 1/4 finalın oyunları 12-15 avqustda keçiriləcək.
Çempionlar Liqası, 1/4 final mərhələsi
Manchester City/Real Madrid – Juventus/Lyon
Leipzig – Atletico Madrid
Barcelona/Napoli – Bayern Münich/Chelsea
Atalanta – PSG
Yarımfinal mərhələsi
I cütünün qalibi – III cütünün qalibi
II cütünün qalibi – IV cütünün qalibi